// platforma
LearntoDig
Neft-qaz sahəsi üçün interaktiv öyrənmə platforması
💡 Niyə yarandı?
Neft-qaz mühəndisliyini öyrənmək çətindir — mövzular mürəkkəbdir, resurslar ya çox texniki, ya da çox səthi olur. Tələbələr nəzəriyyəni oxuyur, lakin praktiki hiss qazana bilmir. LearntoDig bu boşluğu doldurmaq üçün yaradılıb: simulyatorlar, real ssenari əsaslı dərslər və AI dəstəyi ilə öyrənmə prosesi daha effektiv və maraqlı olur.
🚀 Necə istifadə edilir?
- 1Dərslər bölməsindən səviyyəni seç — Başlanğıc, Orta və ya İrəli
- 2Mövzu seç — Geologiya, Drilling, Rezervuar, Quyu Loqları və ya Hasilat
- 3Dərsi oxu, quizlə yoxla, anlamadığını AI-dan sor
- 4Modullar bölməsindən real parametrlərlə simulyasiya et
- 5Azərbaycan yataqları, Karyera Xəritəsi , Alət və Avadanlıqlar bölmələrini kəşf et
⚙️ Nə imkanlar var?
- 📚Səviyyə və mövzuya görə strukturlaşdırılmış dərslər
- 🎯Hər dərsin sonunda bilikləri yoxlayan quiz
- 🤖Mövzu üzrə AI ilə sual-cavab
- ⚙️6 simulyator — Well Log, Prosper, Petrel, Eclipse, Drilling, Geologiya
- 📂LAS fayl yükləmə və quyu loq analizi
- 🗺️Azərbaycan yataqları — Günəşli, Çıraq, Azəri, Şahdəniz
- 🏭Karyera Xəritəsi — karyera yolları, vəzifələr, maaşlar
- 🔥Günlük qazma — streak sistemi ilə davamlılıq
🔮 Gələcək perspektivlər
Yeni mövzular və dərslər davamlı əlavə ediləcək. Gələcəkdə tərəqqi izləmə, liderlik cədvəli və sertifikat sistemi planlaşdırılır. Məqsəd — neft-qaz sahəsi üçün tam öyrənmə ekosistemi yaratmaqdır.